"Aksiyada humanitar yardıma görə dinc əhaliyə maneə törədilmir"- ÖZƏL

"Bizim ictimai fəalların Laçın-Xankəndi yolunu bağlaması Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsindən irəli gələn müddəadır. Əlavə maddədə göstərilir ki, Azərbaycanın yeraltı və yerüstü sərvətləri  xalqa məxsusdur. Təkcə ekoloqların deyil, media nümayəndələrinin də orada olması qanunidir. Heç bir qanunsuzluqdan söhbət gedə bilməz".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Humanitar yardıma, nə də digər məsələlərə görə dinc əhaliyə maneə törədilmir. Yolu bağlayan rus sülhməramlılarıdır. Ağır texnikanı da onlar gətirib. Azərbaycan tərəfindən orada ancaq sivil insanlar iştirak edir. Bu Ermənistana və dəstəkçilərinə mesajdır. Əgər sülh istəyirsənsə, bunu tezliklə həyata keçir. Yolun işləməsini istəyirsənsə, 30 ildir Azərbaycandan ayrı düşən Naxçıvanı istəyirik. 30 ildi Naxçıvana yolumuz bağlıdır. 2 gündür ki, ekoloji terrora görə yolunuzu bağlamışıq. Bu müddət ərzində Azərbaycana atmadığınız şər qalmadı. Ermənistan cəzasını çəkməlidir. Burada siyasi heç nə yoxdur. Tamamilə humanitar aksiyadır. Azərbaycan tərəfindən də hansısa qanunsuzluğun olduğunu heç kim görməyib".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31