Pakistan mətbuatı Laçın yolundakı aksiyadan yazıb

QHT rəhbəri,  jurnalist Cavid Şahverdiyev Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatların nümayəndələri, ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını  Pakistanın nüfuzlu  Pakistanin theworld.pk, xəbər portalında ictimailəşdirib. "Olaylar" xəbər verir ki, məlumatda qeyd olunub ki, QHT rəhbərləri, ekoloji fəallar Qarabağda təbii sərvətlərin talan edilməsinə son qoyulmasını tələb ediblər. İştirakçılar bəyan ediblər ki, "sülhməramlı" adı altında erməni separatizmini dəstəkləyən Rusiya silahlı qüvvələrinin komandanı Andrey Volkov  gəlməyənədək aksiya davam edəcək.  Xəbər Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında (https://t.me/polit_rus) da yerləşdirilib.

https://pakistanintheworld.pk/live/ngos-environment-activits-protest-against-illegal-activities-of-armenians-in-khankendi-region/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31