Şuşadakı dinc aksiyaya cəmiyyətin dəstəyi davam edir - FOTO
14 Dekabr 2022 12:51 SiyasətAzərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşada keçirdiyi dinc aksiya davam edir. "OLAYLAR"-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bu gün aksiyaya paytaxt və regionlardan gələn gənc könüllülər, eləcə də Regional İnkişaf İctimai Birliyinin təmsilçiləri qoşulub. Günün ikinci yarısında paytaxtdan daha bir qrupun aksiya iştirakçılarına dəstək məqsədilə Şuşaya gələcəyi nəzərdə tutulur
Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Qarabağda ekoloji terrora son qoyulması və sülhməramlıların fəaliyyətlərini düzgün qurması tələbi ilə dinc etiraz aksiyası keçirilir. Aksiyanın nəticəsi olaraq Xankəndi-Laçın yolu bağlanıb.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31