Azərbaycan humanist addım ataraq erməni təcili tibbi yardım maşınının keçidinə şərait yaradacağına vəd edib
14 Dekabr 2022 12:54 SiyasətQarabağda ekoloji terrora son qoyulması və Azərbaycanın hökumət nümayəndələrinin ekoloji monitorinq aparılması tələbi ilə bir neçə gündür ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin keçirdiyi dinc aksiya bu gün də davam edir. Hadisə yerində olan "OLAYLAR"-ın əməkdaşının verdiyi xəbərə görə, bu gün keçirilən aksiya çərçivəsində Azərbaycan öz humanist prinsiplərinə sadiq qaldığını bir daha ortaya qoyub. Belə ki, aksiya təşkilatçıları erməni təcili tibbi yardım maşınının ərazidən keçməsinə şərait yaradacağını bildirib.
Qeyd edək ki, bir neçə gündür keçirilən aksiyanın nəticəsi olaraq Xankəndi-Laçın yolu bağlanıb və separatçıların İrəvanla əlaqələri kəsilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31