Aksiya iştirakçıları ermənilərə öz köməklərini təklif ediblər- ÖZƏL
14 Dekabr 2022 12:19 Siyasət"Üç onilliyi əhatə edən işğal dövründə erməni vandallarının Azərbaycan ərazilərində törətdikləri dağıntıların miqyası ölçüyəgəlməzdir". Bunu Olaylar"a deyən "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) sədri Səlim Balayev bildirib ki, işğalçılar, həmçinin 30 il Azərbaycanın təbiətinin qənimi rolunda çıxış ediblər - meşələrdəki qiymətli ağacları kəsərək satıblar və yaxud Ermənistana daşıyaraq mebel sənayesində istifadə ediblər, təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarını həyata keçiriblər, bol sulu çayları Azərbaycana qarşı təzyiq vasitəsinə çeviriblər: "Qarabağdakı təbii sərvətlərimizin qanunsuz talan edilməsinə etiraz əlaməti olaraq Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak etdik. Başladığımız etiraz aksiyasının estafetini həmkarlarımıza təhvil verdik. İnanırıq ki, bizi əvəz edən həmkarlarımız başladığımız işi müvəffəqiyyətlə başa çatdıracaqlar, rus sülhməramlılarının komandanı genaral Volkovu da başa salacaqlar".
S.Balayev bildirib ki, aksiya iştirakçıları dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdır: "Ancaq neçə gündür ki, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, müraciət edən olmayıb".