Osloda terrorçuluğa qarşı mübarizə tədbirləri müzakirə ediləcək
14 Dekabr 2022 12:09 SiyasətMilli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası ilə BMT arasında həyata keçirilən "Terrorçuların Səyahətinə qarşı Mübarizə Proqramı" çərçivəsində konfransda iştirak etmək üçün dekabrın 14-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə terrorçuluğa qarşı mübarizə ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi, qurumlararası əməkdaşlıq, məlumat mübadiləsi, şəxsi məlumatların qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Mövzu ilə bağlı müzakirələrdə deputatımız öz fikirlərini bildirəcək, qeyd və təkliflərini verəcək. Səfər dekabrın 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31