Deputat Elşad Mirbəşiroğlu Türkiyəyə səfər edəcək
14 Dekabr 2022 12:09 SiyasətMilli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər" adlı konfransda iştirak etmək üçün dekabrın 14-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki,Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsinin dəstəyi ilə keçiriləcək konfransda Türkiyə və Azərbaycan arasında regional və ikitərəfli əməkdaşlıq imkanlarının perspektivlərindən danışılacaq, iki ölkənin ziyalıları arasında birbaşa əlaqə kanalları yaratmaq və qarşılıqlı fəaliyyəti artırmaq məqsədilə fikir mübadiləsi aparılacaq. Səfər dekabrın 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31