Vardanyan Qarabağı tərk etməlidir-Tələb- ÖZƏL
14 Dekabr 2022 10:48 Siyasət"Vardanyan Qarabağı tərk etməlidir. Onun qanunsuz şəkildə Xankəndinə gəlməsi və Azərbaycanla bağlı açıqlamaları sülh prosesinə zərər gətirir". "Olaylar" xəbər verur ki, bunu politoloq Zaur Məmmədov deyib. Bildirib ki, əgər aidiyyatı aktorlar Vardanyanı və hərbi birləşmələri oradan çıxartmasalar yeni hərbi əməliyyatlar labüd olacaq: "Əlbəttə, başa düşürük ki, onu ora gətirməyin əsas məqsədi yerli əhali ilə Bakı arasında danışıqların baş tutmasına mane olmaq idi. Həmin dairələr məqsədlərinə çatdılar. Lakin, bu hal məhz onların ziyanına işləyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31