Milli birlik dövlətimizin siyasi dəyəridir- ÖZƏL
14 Dekabr 2022 10:42 SiyasətRusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir."Olaylar"ın məlumatına görə, millət vəkili Tamam Cəfərova qeyd edib ki, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsindədir: "Şuşa-Xankəndi yolundakı etiraz aksiyası sübut edir ki, Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətimizin siyasi dəyəridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31