Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olundu

13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin meydana gələn təhlükəsizlik təhdidləri üzrə köməkçisinin müavini Ceyms Appaturay ilə görüşüb.

Bu barədə Nümayəndəlikdən bildirilib.

Görüşdə tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kiber təhlükəsizlik, hibrid təhdidlər, habelə mühüm enerji infrastrukturlarının mühafizəsi ətrafında müzakirələr aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31