"Sabah baş tutacaq Zirvə görüşündə effektiv addımlar atılacaq"
13 Dekabr 2022 15:34 SiyasətTürk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həmçinin, iki, üç, dördtərəfli formatda əməkdaşlığımızı gücləndiririk.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, ortaq dil, din, dəyərlər, tarix bizi bir-birimizə bağlayır.
"Sabah baş tutacaq Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə görüşündə energetika, iqtisadiyyat, kommunikasiya, ticarət, gömrük və digər sahələrdə bölgənin həyatına təsir edəcək effektiv addımlar atılacaq. Regionda rifah və təhlükəsizliyə də mühim töhfələrimiz olacaq", - deyə M. Çavuşoğlu əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31