Mədənlərin ekoloji  monitoriqindən  gözlənən nəticələr

"Heç şübhəsiz ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və QHT nümayəndələrinin fəaliyyətinin nəticəsi olaraq Ruben Vardanyanın milyonlarla vəsait qoyub işə saldığı mədənlərin fəaliyyət dayandırılacaq. Amma Azərbaycanın bu istiqamətdə başladığı iş bundan sonra daha da vüsət tapacaq". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, çünki ermənilərin ekoloji terroruı təkcə Azərbaycanın qızıl, gümüş və mis  yataqlarının talan olunması ilə bitmir: "Erməni vandalları Qarabağın təbii sərvətlərini, meşələrini, çaylarını, göllərini, fauna və florasını da eyni vəhşiliklə dağıdırlar, lap Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlıda olduğu kimi. Çünki onlar qovulduqları torpaqlarımızdan gec-tez çıxarılacaqlarını bildiyi kimi yaşadığı torpaqların da daimi sakinləri olmadıqlarını hiss edirlər. Bütün bunların müqabilində erməni vəhşilərinin füsunkar guşələrimizə vurduqları ziyanın  qarşısını almaq lazımdır, Azərbaycan fürsətdən istifadə edib Qarabağın geniş miqyaslı ekoloji  monitorinqin həyata keçirilməsin start verəcək.  Respublikamız artıq yeni, daha nəhəng bir vəzifəni icra etməyə başlayıb. Bu vəzifə 30 il bundan öncə Xankəndidən didərgin düşmüş 20 minə yaxın soydaşımızın orada daimi yaşamaq üçn geri qaytarılması ilə davam etdiriləcək. Təbii ki, Xankəndidən olan vətəndaşlarımızın ora qaytarılması ilə yerlərdə Azərbaycan polisi, xüsusi xidmət orqanları və infrastrktur nümayəndələri formalaşacaq. Bundan sonra Vardanyan ya bu yaxınlarda dediyi sözü geri götürüb azərbaycanlıların arasında  yaşayacaq, ya da gəldiyi kimi geri qayıdacaq. Amma bu dəfə onun Rusiya tərəfindən qəbul ediləcəyi də heç ağlabatan görünmür. Çünki Moskva tərəfindən üzərinə qoyulan vəzifəni yerinə yetirə bilmədi. Ermənistan və onun himəyadarlarının Azərbaycanın haqlı tələbləri qarşısında titrəmələri artıq hiss olunmağa başlayır. Onlar yaranmış vəziyyətlə bağlı qərar qəbul etməkdə çətinlik çəkirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31