İran kimlərə susmaq tapşırığı verib?

"Bu gün də İranın Azərbaycanda şəbəkəsi var. Onlar elə Azərbaycanın çörəyini yeyənlərdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, MCP sədri Razi Nurullayev deyib. Bildirib ki, İranın dini ideologiyasının təsirinə düşüb zombiyə dönənlərə susmaq tapşırılıb: "Hətta bəzən o zombilər gizlənmək üçün İranı belə tənqid edirlər. Zamanı gələndə isə aktivləşəcəklər. Təbii ki, bu məqamlar bizim aidiyyəti qurumlarımıza bəllidir və ciddi tədbirlər görüləcəyinə inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31