Ermənistana növbəti hərbi zərbə qaçılmaz görünür - Politoloq

"Ermənistanın sülh müqaviləsindən yayınması, Rusiya variantına üstünlük verməsi Vaşinqton və Brüsselin N.  Paşinyana qarşı mövqeyində dəyişikliyə gətirib çıxarıb. Avropa İttifaqı da artıq Türkiyənin Ermənistanla Azərbaycan arasında vasitəçi olması mümkünlüyündə maraqlıdır. Çünki, Rusiyanı prosesdə yeganə neytrallaşdıracaq ölkə məhz Türkiyədir". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında yalnız diplomatik əlaqələrin qurulması barədə ortaq məxrəc olduğunu qeyd etdi: "Rəsmi Yerevan iki ildən artıq ki, sülh müqaviləsinin bağlanmasından yayınır. Bəs, Ermənistanın istədiyi nədir?! Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinin nəticəsidir ki, sülh müqaviləsindən yayınır. Məhz Qarabağa iddia irəli sürmək və Azərbaycanın ərazi bütövlüyünü tanımaması prosesi bu nöqtədə saxlayıb. Ermənistana isə, növbəti hərbi zərbə qaçılmaz görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31