Laçın dəhlizindəki etirazçılar: "Təcili yardım maşınlarına yol verə bilərik"

"Etirazçılar qətiyyətlidirlər və məsələ həll olunana qədər burada qalmaq niyyətindədirlər. Sülhməramlıların rəhbərliyinin dialoqdan yayınması Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayan əhali üçün ciddi humanitar problemlərə səbəb ola bilər".

Olaylar.az caliber.az-a istinadən xəbər verir ki, bunu Laçın dəhlizində etiraz aksiyasının təşkilatçılarındna biri, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin "Qadınlar: sülh və təhlükəsizlik" mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva bildirib.

"Biz bəyan edirik ki, hər hansı mənfi nəticələrə görə məsuliyyət yalnız general Volkovun üzərinə düşür", - deyə o bildirib.

Dilarə Əfəndiyeva qeyd edib ki, iki gündür davam edən aksiya mülki əhaliyə qarşı yönəlməyib: "Aksiya iştirakçıları təcili yardım maşınlarının keçidini asanlaşdırmağa hazırdır. Çünki bəzi erməni kanalları Xankəndində təcili xəstəxanaya yerləşdirilməli olan bir neçə nəfərin olduğunu bəyan edir. Biz tam məsuliyyətlə bəyan edirik ki, belə bir fürsəti yaratmağa hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31