Volkov səhvini düzəltmək üçün Kremldən çıxış yolu gözləyir

"Azərbaycan tərəfinin Laçın dəhlizində mini gömrük postu qoyması və gediş-gəlişə birlikdə nəzarət  edəcəyi Rusiya ilə razılaşdırılmışdı  və Rusiya Sülhməramlı Kontingentinin Komandiri Andrey Volkov Azərbaycan ekoloqlarının monitorinq aparmaq məqsədi ilə təşkil etdiyi ilk səfəri zamanı bu barədə məqsədyönlü şəkildə və ya bilmədən vaxtından qabaq məlumat verdi. Amma sonradan erməni tərəfi ilə görüşdə o öz sözünü geri götürdü və əldə olaunan razılığın pozulması şəraiti yaratdı". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə,  bununla da bu gün ortaya çıxan münaqişənin bünövrəsini qoydu: "Əgər o erməni tərəfinə Azərbaycan gömrükçülərinin ermənilərin gediş-gəlişinə nəzarət etməsinin qaçılmaz olduğunu başa sala bilsəydi bununla vəziyyətin bu günkü dramatik hala gəlib çıxmasından qaçmaq mümkün olacaqdı.  İndi isə Volkov, Moskva ilə Bakı arasında çıxılmaz vəziyyətdə qalıb. Heç ortalığa da çıxıb vəziyyətə aydınlıq gətirə  bilmir. Çünki Azərbaycan tərəfinin ciddi dəlilləri qarşısında cavab verməyə söz tapmır və Kremldən çıxış yolu gözləyir. Kreml isə ona əlində olan vasitələrlə böhranı aradan qaldırmağı tələb edir. Bu vasitələr isə bildiyimiz kimi olduqca zəifdir və indiki halda artıq işə yaramır.

Kreml sahibinin başı hazırda daha ciddi məsələlərlə qarışıb . Orada Rusiya-Ukrayna cəbhəsində bu gün Rusiya Federasiyasının  taleyi həll olunur və onun imkanları da telefona əl atıb zəng etməyə qədər məhduddur. Digər tərəfdən Putin özü belə Azərbaycan tərəfinin haqlı tələblərini cavablandırmağa məcburdur. Onun İlham Əliyevin qarşısında qaçmaqdan, münaqişəni yumşaq güclə həll etməkdən başqa çarəsi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31