Etiraz aksiyaları artıq genişlənməkdədir - ÖZƏL
13 Dekabr 2022 11:09 Siyasət"Dünən saat 10:30-dan Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələri, Qeyri - Hökumət Təşkilatları Rusiya sülhməramlılarının Azərbaycanın müvafiq dövlət qurumlarının Xocalı rayonunda yerləşən Qızlbulaq və Dəmirli yataqlarında monitorinq keçirməsinə icazə verməməsi ilə əlaqədar olaraq etiraz aksiyası keçirir".
Bunu Olaylar.az-a açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
"Etiraz aksiyaları artıq genişlənməkdədir. Biz bütün gecəni bu ərazidə sülhməramlılara etirazlarla keçirtmişik. Bu gün artıq etiraz aksiyasına xeyli sayda Qeyri Hökumət Təşkilatları da qoşulacaq. Təqribən 300-ə yaxın könüllü və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri aksiyaya qoşulur.
Tələb öncəki olaraq qalır. Tələbimiz ondan ibarətdir ki, Azərbaycanın dövlət qurumlarını Qızılbulaq, həmçinin, Dəmirli yataqları ilə bağlı monitorinqlərinin keçirilməsinə şərait yaradılsın. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatda icrası nəzərdə tutulan Rusiya sülhməramlıları olan ərazidə qanunsuz erməni birləşmələrinin tərkisilah edilməsi məsələsi qoyulub.
Sülhməramlı qüvvələrin rəhbəri Volkov gəlib bizim nümayəndə heyətləri ilə danışmayana qədər bu eiraz aksiyaları davam edəcək",