Volkov “azərbaycanlılara heç nə edə bilmərik” deyib- ÖZƏL

Ermənistan mediası Xankəndindəki separatçılara istinadən yazır ki, dünəndən "yoxa çıxan" Volkov ermənilərin "yolu açın" tələbinə cavab olaraq, "azərbaycanlılara heç nə edə bilmərik" deyib. "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, eyni zamanda, qondarma "arsax nümayəndələrinin" azərbaycanlılarla danışıqlarda iştirakına və separatçıların "deputatlarına" aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına icazə verilməyib: "Baş separatçı Araik isə "yolun açılması" üçün Volkova məktub yazmaq qərarına gəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31