Aksiyada çıxışlar başladı - ÖZƏL
13 Dekabr 2022 10:41 Siyasət"Vətəndaş Cəmiyyəti fəlalı Telman Qasımlı çıxış edir və yeri gəlmişkən o, dünən fəallığı ilə yadda qaldı".
Bu sözləri Olaylar.az-a açıqlamasında Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
"O, əslən irəvanlıdır, erməni dilini də bilir. Sülhməramlıların arasında erməni olduğunu o müəyyənləşdirdi. Danışdı, reaksiya verdi və bildi ki, o, ermənidir.
Telman Qasımlı çıxışında qeyd edir ki, bizim sülhməramlılarla bir problemimiz yoxdur. Yəni, bu dinc bir aksiyadır. Amma ümumən Rusiya sülhməramlı qüvvələri ekoloji talana son qoymalıdır. Madam ki, üçtərəfli bəyannaməyə görə Qarabağda yaşayan vətəndaşlarımızın təhlükəsizliyinə cavabdehdirlər, onlar qızıl yataqlarının qanunsuz istismarına, standartlara uyğun olmayan qaydalarla talan edilməsinə son qoymalıdırlar. Bu onların vəzifəsi, borcudur.
Hazırda "Volkov, biz sizi gözləyirik" şüarları səsləndirilir".