Deputatımız AŞ PA-da qətnamə layihəsi hazırlayacaq- ÖZƏL

"AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında məruzçisi olduğum "Böyük Britaniyanın insan hüquqları üzrə qanunvericiliyində islahatlar: insan hüquqlarının müdafiəsi üçün dövlətdaxili və Avropa nəticələri" üzrə qətnamə layihəsi ilə bağlı dinləmə keçirildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərovun sözlərinə görə,  dinləmədə onun təşəbbüsü və Komitəmizin dəvəti ilə Böyük Brintaniya Parlamentinin İnsan hüquqları üzrə Komitəsinin sədri xanım Joanna Şeri, Komitənin üzvləri cənab David Simmons, xanım Bel Addi, Lord Dubs, Lords Henley və Baroness Ludford iştirak edirdilər: "AŞPA-nın Hüquq Komitəsi və Böyük Britaniya Parlamentinin İnsan hüquqları Komitəsinin üzvləri fikir mübadiləsi apardılar və sual-cavab sessiyası həyata keçirildi. AŞPA-nın Hüquq Komitəsi məsələnin həssaslığını və əhəmiyyətini nəzərə alınaraq qərara aldı ki, növbəti aylarda London şəhərinə səfər edim və qanun layihəsinin təşəbbüskarı olan İngiltərə Hökumətinin aidiyyəti vəzifəli şəxsləri ilə görüşlər keçirdim. Əldə edilən bütün nəticələri və araşdırmaları qətnamə layihəsinə daxil edəcəyəm və AŞPA-nın komitə və plenar iclaslarında deputatların müzakirəsinə təqdim edəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31