Aksiya əvvəlki kimi davam edir, heç yerə dağılmaq söhbəti yoxdur - ÖZƏL
13 Dekabr 2022 10:28 Siyasət"Dünən saat 9:00 radələrindən başlayan aksiya "ekoloji terrora son qoyulsun", "sülhməramlılar bəyannamənin dördüncü bəndinə əməl etsinlər", "ermənilərə himayəni dayandırsınlar", "Azərbaycan sərvətlərinin talan edilməsinin qarşısını alsınlar" şüarları ilə davam edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
"Gecə boyu, bu saata qədər aksiya davam edir. Aksiya iştirakçıları tonqalların ətrafına yığışıb və çadırlar qurulub. Növbə ilə həmin çadırlarda bir saata qədər gözümüzün dincini almışıq. Aksiya əvvəlki kimi davam edir, heç yerə dağılmaq söhbəti yoxdur. Tələblər dinlənilməyənə qədər heç yerə dağılmaq yoxdur. "Xarıbülbül", "Qarabağ" restoranı aksiya iştirakçılarına könüllü səyar xidmət göstərir, yeməklər gətirir".