Ekoloji monitorinq tələbi yerinə yetirilməlidir -Mübariz Göyüşlü - ÖZƏL
13 Dekabr 2022 10:18 Siyasət"Sülhməramlılar səlahiyyət həddini aşır. Ermənilərin ekoloji terroruna göz yumub bizim qarşımızı kəsirlər. Haqlı olaraq Azərbaycan QHT təmsilçiləri buna etiraz edirlər." Bunu Olaylar.az saytına Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib:
"Xankəndi, Xocalı, Ağdərə, Xocavənd Azərbaycan torpaqlarıdır. Biz ora gedə bilərik və gedəcəyik də.
Bundan sonra ümumiyyətlə adıçəkilən ərazilərə azərbaycanlılar buraxılmalıdır. Ümumiyyətlə biz bu yerlərin sahibiyik və oradan məcburi köçkün salınan soydaşlarımızı ora qaytarıb məskunlaşma tələbi qoymalıyıq.
Vardanyan, onun əlaltıları olan separatçılar, rus sülhməramlılar Qarabağdan çıxarılmalıdır
Biz Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyini özümüz təmin edərik"