Vasif Talıbov üzə çıxdı
12 Dekabr 2022 19:39 SiyasətBir neçə gündür bir sıra media resurslarında istefa verməsi ilə bağlı xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.
Olaylar.az manşet.az-a istinadən bildirir ki, Vasif Talıbov Ümümmilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ehtiramını ifa edib. Onunla bərabər Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da iştirak edib.
Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31