Laçın dəhlizi üzərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

Şuşada aksiya keçirən etirazçılar Laçın dəhlizi üzərində Azərbaycan bayrağını qaldırıblar.

Bu barədə Trend-in Şuşaya ezam olunmuş əməkdaşı məlumat verir.

"Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan bayrağı!", - deyə etirazçılar şüar səsləndiriblər.

 
 

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31