Hazırda Qarabağda, Laçın yolunda yaşananlara görə məsuliyyəti sülhməramlılar daşıyır - ÖZƏL

"Əgər Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları öz fəaliyyətlərinə mıusliyyətli yanaşıb üzərilərinə düşən missiyanı obyektiv şəkildə yerinə yetirsəydilər Qarabağda, Laçın yolunda hər hansı bir gəginlik yaranmazdı. Hazırda Qarabağda, Laçın yolunda yaşananlara görə məsuliyyəti yalnız sülhməramlılar daşıyır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birliyin sədri qeyd edib ki, sülhməramlılar Azərbaycan hökumət nümayəndələrinin ərazidə  ekoloji monitorinq aparılmasına şərait yaratmaq əvəzinə, erməni separatçılarının tələbi ilə nümayəndə heyətimizin fəaliyyətinə maneçilik yaradıb ki, bu da Azərbaycan cəmiyyətində ciddi və haqlı narazılıq yaradıb: "Bu gün Azərbaycanın ictimai fəallları, QHT nümayəndələrinin sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirməsi, Laçın yolunun bağlanması da məhz bu etirazdan, cəmiyyətin haqlı iradından qaynaqlanan bir hadisədir".

Arzuman Muradlı bildirib ki, sülhməramlılar Azərbaycan cəmiyyəti, ictimai təşkilatların mövqeyini, etirazını nəzərə almalı, erməni maraqlarına xidmət edən fəaliyyətlərindən əl çəkməlidirlər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31