Hərbiçilərimiz Laçın yoluna daxil olmalıdılar - ÖZƏL
12 Dekabr 2022 15:14 Siyasət"Dayanmamalıyıq. İlkin olaraq Laçın yolunu və Sərsəng su anbarını nəzarətə götürməliyik". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli bu gün Azərbaycanın bir qrup QHT təmsilçisinin Qarabağda sülhməramlıların fəaliyyətinə etiraz əlaməti olaraq keçirdiyi aksiyaya münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, ruslar Xankəndindən gələn ermənilərlə bizi qarşı-qarşıya qoyacaqlar: "Buna indidən hazır olub ora gedən jurnalistlərimizi qoruma altına almalıyıq. Hərbiçilərimiz Laçın yoluna daxil olmalıdılar ki, rus da, erməni də buranın sahibinin kim olduğunu canlı gözləri ilə görsünlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31