“Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin XİN rəhbərlərinin görüşü keçiriləcək
12 Dekabr 2022 15:09 SiyasətAvropa İttifaqı Xarici məsələlər üzrə Şurası bu gün özünün 2022-ci il üçün planlaşdırılmış son iclasını keçirir. Onlar Rusiyaya qarşı 9-cu sanksiya paketini, İrana qarşı yeni sanksiyaları, Ukraynaya isə 2023-cü il üçün nəzərdə tutulan 18 milyard avro məbləğində yardımı təsdiq edəcək. Politoloq Əlimusa Ibrahimov "Olaylar"a bildirib ki, Rusiyaya tətbiq ediləcək sanksiyaların 9-cu paketinə nələrin salındığı və o cümlədən, İrana qarşı tətbiq olunacaq snksiyaların hansı sahələri əhatə edəcəyi barədə dəqiq məlumat yoxdur. Amma dəqiq olan budur ki, Rusiyaya tətbiq olunan sanksiya paketlərinin onu Ukraynaya qarşı apardığı müharibədən çəkindirə bilmədiyi kimi, İrana tətbiq olunan sanksiyalar da molla rejimini öz əhalisinə münasibətdə törətdiyi vəhşilikdən geri saxlamır: "Sanksiyaların uzun müddətdə öz gücünü göstərəcəyi heç kimdə şübhə doğurmur. Amma o vaxta qədər töküləcək qanlar və ediləcək vəhşilikləri dayandırmaq lazımdır. Bu barədə Avropa İttifaqına daxil olan ölkələr düşünərək daha ciddi tədbirlər görsələr daha faydalı olmazdımı? Afropa İttifaqının 27 üzvünü bu günkü toplantısı Respublikamız üçün də əhəmiyyət kəsb edir. Çünki tədbir çərçivəsində eyni zamanda "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin - Azərbaycan, Ermənistan, Gürcüstan, Maldova və Ukraynanın Xarici İşlər Nazirlərinin görüşü nəzərdə tutulub. Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının regionumuzda sülh və əmin-amanlığın bərqərar olunması sahəsində törətdiyi təxribatların Avropa ittifaqı üzvü olan ölkələrin diqqətinə çatdırma qüçün əlverişli imkan yaranıb".