Ceyhun Bayramov Brüsseldə keçirilən iclasda çıxış edir - FOTO
12 Dekabr 2022 14:42 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.
Qeyd edək ki, Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.
İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell sədrlik edir.
İştirakçılar "Şərq tərəfdaşlığı"nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31