Deputatlarımız Rusiyaya səfər edəcəklər
12 Dekabr 2022 13:58 SiyasətMilli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev "MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyalarınvə bloklarınfraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu" mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiNDƏN "Olaylar"a bildirilib ki, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması tərəfindən təşkil olunmuş tədbirdə MDB-yə üzv ölkələrin deputatları iştirak edəcəklər. Toplantıda parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə və informasiya mübadiləsi ilə bağlı müzakirələr aparılacaq. Konfrans çərçivəsində Rusiya Dövlət Dumasının fraksiyalarında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər dekabrın 16-da başa çatacaq.