Laçın yolu bağlandı: rus sülhməramlılar arasında ermənilər var
12 Dekabr 2022 12:52 SiyasətŞuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Olaylar.az bildrir ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb etsələr də, Volkov gəlməyib.
Əvəzində "danışıq"lara sərxoş mayoru yollayıb.
Bu arada Rusiya sülhməramlıları arasında milliyətcə ermənilərin olması müşahidə olunur.
O da vurğulanır ki, rusiyalı sülhməramlılar bölgədəki ermənilərə xəbərdarlıq edərək deyiblər: "Hadisə yerinə yaxınlaşmayın, Azərbaycan hərbçiləri atəş açsa, biz cavab verə bilməyəcəyik".
Milli.Az