Rusiyanın məqsədi strateji cəhətdən Azərbaycana təzyiq etməkdir - ÖZƏL

"Azərbaycan "Laçın" dəhlizini yumuşaq güc vasitəsilə növbəti dəfə bağladı. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Rusiya sülhməramlı qüvvələrinin buna şərait yaratması, Azərbaycanın bu addımlar atmasına sövq etdi. Bu, Ermənistan və Rusiyaya növbəti mesajdır. Bu mesajdan nəticə çıxarılmasa, bu səfər əsgər yolu bağlayacaq". Milli Cəbhə Partiyası  sədrinin müavini,  politoloq Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, rəsmi Bakı "sülhməramlı" qüvvələrin fəaliyyəti ilə bağlı Rusiyaya nota təqdim edib. Moskva notadan nəticə çıxarmır və separatçıların qorunmasinı həyata keçirməkdədir. Rusiyanın əsas məqsədi Qarabağda mövqelərini möhkəmləndirmək və regiona üçüncü ölkələri buraxmamaq, strateji cəhətdən Azərbaycana təzyiq etməkdir: "Ona görə də  Qarabağda Rusiyanın möhkəmlənməsinə imkan verməməliyik. Azərbaycanla Rusiya arasında bu məsələdə ciddi siyasi böhran yaşanacaq. Sonda Rusiya Azərbaycanın tələbləri ilə barışması gözlənilir. Azərbaycan ermənilərin reinteqrasiyasında və Xankəndində suverenliyin bərpasında qərarlıdır. Hazırda bunun qarşısını alan Rusiyadir. Məhz Rusiyada son aylarda separatçıları silahlandırması, İrandan hərbi təlimatçıların Xankəndinə gətirilməsində mühüm rol oynayır. 
Azərbaycan Laçın dəhlizində gömrük postunun qurulması və silahlı erməni birləşmələrinin çıxarılmasını növbəti aylarda reallaşdıra bilər. Bu prosesdə ABŞ və Avropa İttifaqı Azərbaycana siyasi dəstək verir. Çünki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında əsas baryer  Moskvanın siyasətidir. Kreml  Qarabağda möhkəmlənməsi ilə Ermənistanda siyasi proseslərə təsir edir. Bakı il Vaşinqton arasında siyasi təmaslar fonunda  münasibətlər yüksək səviyyədə qurulub və Xankəndi məsələsində Vaşinqtonun hərhansı bir mənfi münasibət göstərməsi gözlənilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31