İstismar olunan yataqlarımızın hüquqi statusu - ÖZƏL

Vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına görə etiraz aksiyasına start veriblər. İstimai fəallar Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz edirlər. Maraqlıdır, bəs faydalı qazıntıların istismar olunduğu yataqların hüquqi statusu necədir? "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov bildirib ki, yataq əvvəllər erməni işğalı altında olan Qarabağda  üç müqavilə sahəsi "Anglo Asian Mining" şirkəti tərəfindən istismar edilməlidir: "Söhbət Kəlbəcər rayonundakı Söyüdlü, Ağdərə rayonundakı Qızılbulaq, Zəngilan rayonundakı Vejnəli sahələrindən gedir. Hər üç sahədə böyük həcmdə qızıl və mis-qızıl ehtiyatları var. Baş verən insident məhz Qızılbulaq yatağında idi. Qeyd edim ki, Söyüdlü müqavilə ərazisində Qafqaz regionunda ən iri qızıl-gümüş yatağı olan Zod yatağı yerləşir. Mədən Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəddə yerləşir və qiymətləndirmələrə görə, mədənin 75%-i Azərbaycan ərazisindədir. Zod mədəni erməni işğalı zamanı "GeoProMining Gold" şirkəti (Rusiyanın "GeoProMining Investment" şirkətinin törəməsi) tərəfindən istismar edilib. Hazırda mədənin Azərbaycan ərazisində yerləşən hissəsində mədən işləri aparılmır.
Qızılbulaq müqavilə ərazisində Kaşen yatağı yerləşir. Yataq açıq üsulla işlənilib, 2016-cı ildə Ermənistanın "Valleks Qrup" şirkəti burada qanunsuz olaraq filiz emalı zavodu açıb. Zavoda $130 milyon sərmayə yatırılıb. Son qiymətləndirmələrə görə, yataqda 275 min ton mis və 3,2 min ton molibden ehtiyatı var.Yatağın Avropada qeydiyyatdan keçən erməni şirkəti tərəfindən istismarı yolverilməzdir. Separatçıların büdcəsinə ən böyük gəlir məhz Qızılbulaqdan əldə edilən gəlir nəticəsində daxil olur. Bəzi şəxslər yatağın istismarı ilə məşqul olan şirkətdən "şapka" alır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq yatağın asanlıqla təhvil veriləcəyinə qarşı dirənişin səbəbi bəlli olur. Vardanyanın  və ona qulluq edənlərin "bugünkü addımı onlara baha başa gələcək.  Laçın dəhlizinin qapısını istədiyimiz zaman bağlaya bilərik. Elə və ya belə, bu gün bir məsələ daha da dəqiqləşdi.  Terrorçu silahlıların məhv edilməsi günü yaxınlaşdırıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31