Türkiyə səfirliyindən Heydər Əliyevlə bağlı paylaşım
12 Dekabr 2022 12:01 SiyasətTürkiyənin Azərbaycandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.
Olaylar.az xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda qeyd olunub:
"Görkəmli dövlət xadimi, müstəqil və müasir Azərbaycanın qurucusu, mənalı həyatını öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin hörmət və ehtiramla yad edirik. Ulu öndərin ruhu şad, məkanı cənnət olsun!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31