"Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında müstəsna xidmətləri var"

"Heydər Əliyev siyasət nəhəngi və böyük dövlət xadimi idi. Onun istər sovet illərində, istərsə də müstəqillik dönəmində rəhbər vəzifələrdə çalışması Azərbaycan üçün, xalqımız üçün böyük üstünlük idi. "Bunu  QHT.az saytına Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü deyib:

"Heydər Əliyevin sovet dövründəki fəaliyyəti, uzaqgörən siyasət nəticəsində gördüyü işlər imperiya dağılandan sonra Azərbaycan xalqının çətin anlarında ona böyük dəstək oldu. 

1990-cı illərdə Azərbaycanı düşdüyü çətin vəziyyətdən, siyasi hərc-mərclikdən yalnız Heydər Əliyev qurtara bilərdi və belə də oldu. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında müstəsna xidmətləri var və bu heç zaman unudulmayacaqdır. 

Onun qoyduğu ənənəni siyasi və genetik varisi, prezident İlham Əliyev uğurla davam etdirir. Nəticədə torpaqlarımız işğaldan azaddır, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31