İctimai fəalların aksiya keçirməsini zəruri edən səbəblər - ÖZƏL
12 Dekabr 2022 11:00 Siyasət44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın bəzi müddəları hələ də yerinə yetirilməyib. Belə ki, razılaşmaya əsasən bölgədə yerləşdirilən Rusiya sülhməramlıları nəinki bəyənatın icrasını təmin etmir, hətta Azərbaycan tərəfinin öz ərazisində ekoloji monitorinq aparmasına maneə olur. "Olaylar" xəbər verir ki, 10 noyabr bəyənatına əsasən Rusiya sülhmərmalıları erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasını təmin etməli idi. Lakin fakt ondan ibarətdir ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə ermənilərin silahlandırılması ilə məşğuldur. Bununla kifayətlənməyən Rüsiya sülhməramlıları hətta xarici şirkətlərin Azərbaycan ərazinidə ekoloji teror törətməsinə şərait yaradır. Bu kimi hallar nəzərə alınaraq İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmək qərarına gəliblər. Çox təssüf ki, erməni təxribatı nəticəsində bu istək baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq etirazlara səbəb olub. Məhz bu amil nəzərə alınaraq Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyasına start veriblər.