Sülh müqaviləsinin yalnız bir bəndi üzrə razılığa gəlinib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Azərbaycan  və Ermənistan  sülh müqaviləsinin yalnız bir bəndi üzrə razılığa gələ biliblər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Söhbət Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulmasından gedir. Onun sözlərinə görə, sazişin mətni artıq üç dəfə redaktə olunub və hazırda İrevan bunun üzərində işləyir. "Sülh müqaviləsinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur". Ermənistan Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, sənədə Dağlıq Qarabağın problemləri, sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların blokunun açılması və humanitar məsələlər daxildir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31