Fransa əndazəni aşır - ÖZƏL
9 Dekabr 2022 12:54 Siyasət"Separatçı Araik Arutunyanın Fransada rəsmi görüşlərinin keçirilməsi, onun prezident kimi təqdim olunması rəsmi Parisin bütün əndazəni aşdığının göstəricisidir. Bununla Fransa həm də dünyaya meydan oxuduğunu, separatizmi açıq şəkildə dəstəklədiyini bütün çılpaqlığı ilə ortaya qoymuş olur". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Qrup hesab edir ki, Paris bununla separatçıların tanınmasına zəmin hazırlayır:
"Fransanın beynəlxalq hüquqa zidd, BMT-nin prinsiplərini ayaqlar altına atan addımına qarşı Azərbaycan tərəfi ciddi ölçü götürməlidir. Hətta lazım gələrsə Fransa ilə diplomatik münasibətlərə də son qoymaq olar. Onsuz da Fransanı Avropanın özündə belə ciddi bir dövlət kimi qəbul etmirlər. Makronun prezidentliyi dövründə isə Fransa nəinki Avropanın, hətta dünyanın ən səviyyəsiz, qeyri-ciddi bir dövlətinə çevrilib. İstər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, istərsə də Vladimir Putinin zaman-zaman Makronla öz uşaqları kimi davranması fonunda bunu aydın görmüşük"