Fiziki şəxslər xaricdən lazımi qədər dərman gətirə biləcəklər
9 Dekabr 2022 12:54 Siyasət"Mövcud qanunvericiliyə əsasən xaricdən fiziki şəxslər özlərinə lazım olan qədər dərman vasitəsi gətirə biləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. "Bununla bağlı zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə dəvət edirik. Bu qanunla xaricdən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini gətirə biləcək", - deyə baş nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31