Baş nazirdən dərman açıqlaması
9 Dekabr 2022 12:17 SiyasətDərman qiymətlərinin artımı burada deputatlar tərəfindən səsləndirilir. Sizlərə də məlum olduğu kimi, Rusiya-Ukrayna arasında baç verən müharibə, dünyada baş verən qlobal böhran, ölkələrələ tətbiq olunan sanksiyalar ərzaq qiymətlərinin artımına səbəb olur. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib."Məlumdur ki, Azərbaycan dərman sahəsində Türkiyə, Almaniya, Böyük Britaniya tərfindən təmin edilir. Eyni zamanda ölkədə dərman qiymətləri tarif şurası tərəfindən müəyyənləşir. Eyni zamanda bəzi dərmanların ölkədə tapılmaması halları da burada səsləndirilib. Bununla bağlı qeyd edək ki, ölkədə yaşam üçün vacib dərmanların çatışmazlığı ölkədə yoxdur", - baş nazir deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31