Qarabağda istehsal üçün lazım olan avadanlıq və qurğuların idxalı da ƏDV-dən azad ediləcək
9 Dekabr 2022 11:51 SiyasətAzad edilən ərazilərdə istehsal üçün lazım olan xammal və materialın idxalı 10 il ƏDV-dən azad ediləcək. "Olaylar"ən xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 müddətində ƏDV-dən azad olunur. Bu siyahıya avadanlıq və qurğuların idxalı da əlavə edilib. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31