Növbəti il üçün yaşayış minimumunu təsdiq edildi
9 Dekabr 2022 11:26 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında "2023-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi III oxunuşda qəbul edilib. "Olaylar"ın xəbərinə görə, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31