Büdcə müzakirəsi zamanı deputatlar 127 dəfə çıxış ediblər - ÖZƏL
9 Dekabr 2022 11:13 Siyasət"2023-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri 127 dəfə çıxış ediblər. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, deputatları maraqlandıran suallara müvafiq dövlət orqanlarının nümayəndələri və Milli Məclisin müvafiq komitələri tərəfindən izahat verilib: "Büdcə müzakirəsində hökumət nümayəndələrinin fəal iştirakı parlament-hökumət əməkdaşlığının yüksək səviyyədə olduğunu deməyə əsas verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31