"Düşünürəm ki, islahatlar davam etdiriləcək"- ÖZƏL

"Naxçıvanda həyata keçirilən islahatlar şübhəsiz ki, zəruri islahatlar idi. Azərbaycan dövlət idarəçilik sisteminin ölkənin bütün ərazilərində tətbiq olunması xarakteri daşıyır. Çünki, Azərbaycan unitar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu unitar dövlətin mahiyyətini dəyişmir. Unitar dövlətin əsas mahiyyəti ondan ibarətdir ki, siyasi hakimiyyətin vahid siyasi xətti bütün ölkə ərazisində eyni şəkildə və eyni istiqamətdə həyata keçirilsin. İdarəçilik sistemi mərkəzləşdirilmiş qaydada gerçəkləşdirilsin. Bu kontekstdə keçirilən islahatlar Naxçıvanın müvafiq qurumlarının ölkənin dövlət idarəçilik sisteminə uyğunlaşdırılması ilə əlaqəlidir. Təqdirəlayiqdir. Düşünürəm ki, islahatlar davam etdiriləcək".

Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli Naxçıvanda keçirilən islahatları şərh edərkən deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31