Albaniyanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb
8 Dekabr 2022 16:18 SiyasətAlbaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31