Ermənistan bunu tezliklə Bakıya təqdim edəcək - Armen Qriqoryan
8 Dekabr 2022 16:15 SiyasətErmənistan sülh müqaviləsi layihəsinin mətni üzərində işləməyi davam etdirir və layihənin redaktə edilmiş variantı tezliklə Bakıya təqdim ediləcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı deyib.
"Biz ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün bütün səyləri göstərəcəyik", - deyə Qriqoryan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31