"Təlimlər Ermənistanı dəstəkləyən dövlətlər üçün mesaj oldu"- ÖZƏL

""Qardaş yumruğu" təlimi Azərbaycan və Türkiyənin keçirdiyi növbəti təlimdir. Amma, İran sərhəddində keçirilən ilk təlimdir. Və ilk dəfə olaraq, hər iki ölkənin həm müdafiə nazirləri, həm də Ali Baş Komandanları təlimin keçirilməsinə görə təbrik  ünvanladı. Eyni zamanda  təlimlərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Əslində bu təlimlərin keçirilməsi İranın Azərbaycanla bağlı tutduğu mövqeyə görə gündəmə gəldi. İran 28 il ərzində bizə qarşı olan nifrətini gizlədə bilmişdisə, son iki il ərzində bütün kinini açıq şəkildə göstərdi. Məlum oldu ki, İran heç də qonşu, dost dövlət deyil. Hətta, Ermənistan qədər Azərbaycanı sevməyən dövlətdir".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib. 

"Təbii ki, bir müsəlman dövlətinin səbəbsizcə başqa bir müsəlman ölkəsinə nifrəti təəssüf doğurur. Bu cür qonşularımızın olması bizim üçün sınaqdı. Bu , sınaqlardan uğurla keçmişik. Yenə uğur qazanacayıq. Təlimlərin olması ordunun hazırlıq səviyyəsini, əsgərlərimizin, zabit heyətinin birlikdə olması, təminat məsələsini, müasir ordu üçün lazım olan hər şeyi həll edir.  Eyni zamanda Ermənistanı dəstəkləyən dövlətlər üçün mesaj oldu. Türk-İslam dünyasına iki dövlət, bir ordu fikri ötürüldü. Gələcəkdə türk dünyasının yaxınlaşması üçün hərbi təhlükəsizlik təminatı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31