Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub
8 Dekabr 2022 15:26 SiyasətAzərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov spiker Sahibə Qafarova ilə görüşdə medalı Azərbaycan parlamentinin rəhbərinə təqdim edib. Parlamentin spikeri Sahibə Qafarova bu yüksək mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirərək, bu Ordeni Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinə göstərilən diqqət və hörmətin əlaməti kimi qiymətləndirib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31