Hazırkı situasiyada Yerevan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməyəcək - ÖZƏL

"Ermənistanla sülh müqaviləsinin bağlanması yaza qədər mümkün görünmür". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan Ermənistana üçüncü sülh müqaviləsinin paketini təqdim edib. Detallar ictimaiyyətə açıqlanmasa da Yerevanın növbəti dəfə bu təklifi manipulyasiya edəcəyi sülh müqaviləsinin bağlanmasından yayınacağı gözlənilir. Bir neçə gün bundan əvvəl işçi komissiyanın üzvüləri Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin  görüşü keçirilib. Bu görüşdə nəqliyyat və kommunikasiyaların açılması müzakirə edilib: "Məhz Yerevanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadigi üçün bu iclasda hərhansi razılıq əldə olunmayıb. Ümumiyyətlə, bundan sonra da bu kimi iclasların nəticəsiz başa çatması gözlənilir. Ermənistanla Rusiyanın vasitəçiliyi ilə bu xüsusda danışıqlar aparmaq vaxt itkisidir.  Rusiya tərəfi liderlərin növbəti görüşünün təşkilində maraqlıdır.  Ermənistanın möveyinin hansı istiqamətdə olacağı, sülh müqaviləsinin bağlanmasında maraqlı olduğu təqdirdə bu görüşdə iştirak etmək olar. Hazırkı situasiyada Yerevan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməyəcək. Rusiyanın vasitəçiliyi istiqamətində atacağı addımlar isə, prosesi nəzarətində saxlamaqdır. Ermənistanla sülh müqaviləsinin bağlanması yaz ayına kimi bağlayanmaya bilər. Azərbaycanın Laçın dəhlizində gömrük postu qurmasına gəldikdə, rəsmi Bakı bu məsələdə israrlıdır və bütün proseslər Ermənistan və Rusiyanın addımlarından asılı olacaq. Azərbaycan Moskvanın prosesi sabotaj etdiyini və Yerevanda sülhdən tam geri çəkildiyini gördükdə Laçın dəhlizində güc tətbiqi ilə post qoya bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31