Rus sülhməramlıları bilməlidirlər ki, bizim çox güclü ,,qardaş yumruğumuz” var - ÖZƏL
8 Dekabr 2022 13:00 Siyasət"Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlı qüvvələri Azərbaycan jurnalistlərinin Xankəndiyə, Xocalıya getməsinin qarşısını xaincəsinə zorla kəsirlər. Məqsədləri öz məkrli siyasətlərini yerinə yetirmək, nə olur olsun Azərbaycan və azərbaycanlıları öz təsir qüvvələrində saxlamaq, bizim güclənməmizin qarşısını almaqdır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, öz vətənimizdə öz insanımıza qadağalar etmək, bizim Mübariz ruhumuzu sındırmaqdır: "Amma Rusiya sülhməramlıları bilməlidirlər ki, daha bu xalq siz düşündüyünüz xalq deyil. İndi xalq bir ruhda, bir ,,dəmir yumruq" da birləşiblər. Hələ bilməlidirlər ki, bizim çox güclü ,,qardaş yumruğumuz" var.
Ruslar atılmalı və bilməlidirlər ki, Azərbaycan ərazisində erməni qanunsuz silahlı qüvvələrinin yerləşməsinə, İrandan terrorçu dəstənin Azərbaycan ərazisinə keçməsinə, Qarabağda erməni şirkətlərinin sərvətimizi talayıb aparmasına imkan verməyəcəyik.Yaxşı bilin ki, sizin də ömrümüzə çox az zaman qalıb. Sizlərin bu hərəkətləriniz rəva edir ki, məramınız sona çatmamış, bizim qəhrəman ordumuz sizin məramınıza son versin".