Mübariz Göyüşlü: "Rusiya sülhməramlıları səlahiyyət həddini aşıb"

"Azərbaycan vətəndaşı olan jurnalisti Azərbaycan ərazisinə buraxmamaq, jurnalistin öz peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törətmək sərt şəkildə qınanmalıdır."

Bunu  QHT.az saytına Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri Mübariz  Göyüşlü  deyib:

"Rusiya sülhməramlıları səlahiyyət həddini aşıb. Bununla bağlı onların rəhbərliyinə, Rusiya Müdafizə Nazirliyinə və ali siyasi rəhbərliyə narazılıq bildirilməli, xəbərdarlıq edilməlidir. 

Dünyanın heç bir yerində jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə qadağa qoyulmur, qoyula bilməz. O cümlədən də Azərbaycan ərazisində hansısa rus hərbiçisinin bunu etməsi ölkəmizin konstitusiyasının, jurnalistin məlumat toplamaq hüququnun məhdudlaşdırılmasıdır. 

Hesab edirəm ki, Azərbaycan bu problemi aradan qaldıracaq, növbəti dəfə azərbaycanlı media təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan doğma toprlaqlarımızda öz vəzifələrini layiqincə yerinə yetirə biləcəklər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31